Zəngəzur Milli Parkında  iki bala bəbirin görüntüləri qeydə alınıb 
    
                          
     
                         29.12.2019
 
    
                        															
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin videogörüntüləri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüntülər qurumun, IDEA İctimai Birliyi və Dünya Təbiəti Mühafizə Fondunun bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-videotələlər vasitəsilə bu ilin noyabr-dekabr aylarında əldə edilib.
Qeyd edək ki, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.
Sevindirici haldır ki, görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır.
Xatırladaq ki, 2012-ci ildən bəri aparılan monitorinqlər zamanı Zəngəzur milli parkında 13, Hirkan milli parkında isə 9 bəbir qeydə alınıb. Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.