28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya çempionu Prezidentə təşəkkür etdi

29.12.2019

"Biz həmişə Cənab Prezidentin diqqət və qayğısını hiss etmişik. Dövlət başçsının heç bir idmançını diqqətdən kənarda qoymaması, onları fərdi qaydada mükafatlandırması bizim üçün stimuldur”.
Xəbər verildiyi kimi, bu fikirləri kiqboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə Prezident İlham Əliyevlə görüşü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
"Dövlət başçısı Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi. Mərasimdə mən də iştirak edirdim. Cənab Prezident bir sıra idmançılarla yanaşı, mənə də mənzil hədiyyə etdi. Bilirsiniz ki, idmançının sosial problemlərinin olmaması onun uğur qazanmasında vacib şərtlərdən biridir. Dövlət başçısı həmişə idmançıların sosial rifah şəraitinin yaxşılaşdırılması üçün çalışır. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Daim Azərbaycan bayrağını dalğalandırmağa çalışacaq, dövlət başçısını və xalqımızı qələbəblərlə sevindirəcəyəm”.
Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda "Orion” İdman Klubunun və Kikboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kikboksinqin WAKO versiyası üzrə dünya çempionudur.