28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşqçilər seçimini etdi - ilin futbolçusu kimdir?

29.12.2019

Hər il Azərbaycanda ilin futbolçusunun seçilməsinə dair müxtəlif sorğular keçirilir. Bu sorğularda, əsasən, jurnalistlər, azarkeşlər, idman xadimləri iştirak edir.
Premyer Liqada yarışan səkkiz komandanın baş məşqçisi, eləcə də, AFFA Məşqçilər Komitəsinin dörd üzvü ilin futbolçusunu müəyyənləşdirmək üçün sorğuda iştirak edib. Onlardan Azərbaycan Premyer Liqasında oynayan yerli və xarici oyunçuların, eləcə də, ölkədən kənarda çıxış edən azərbaycanlı futbolçulardan ilk "üçlüy”ü qurmaq xahiş olunub.
Maraqlıdır ki, Ayxan Abbasov hər üç futbolçunun adını çalışdırdığı "Sumqayıt”dan çəkib. Daha bir maraqlı məqam odur ki, sorğuda ilk sırada üç məşqçi "Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusu Abdulla Zubirin adını hallandırıb. Eyni sayda millimizin əsas qapıçısı, hazırda Qazaxıstanın "Tobol” klubuna məxsus olan Emil Balayev də səs toplayıb.
Bu səbəbdən ikinci yerdə ən çox adıçəkilən futbolçulara "müraciət etdik”. Ancaq elə ikinci yerdə də ən çox adıçəkilən futbolçular Zubirlə Emil olub. Hərəyə iki məşqçi onların adını çəkib.
Üçüncü yerdə isə onların adı çəkilməyib. Qalibi müəyyənləşdirmək üçün Oxu.Az olaraq öz səsimizi də təqdim edə bilərdik. Lakin bu, aparılan sorğuya subyektivlik qatmış olardı deyə, builki məşqçilərin seçiminə əsasən Azərbaycanda ilin futbolçuları Abdulla Zubirlə Emil Balayevdir.
Yeri gəlmişkən, "Neftçi”nin futbolçusu Emin Mahmudov da bu iki futbolçu qədər – beş dəfə səs toplayıb. Lakin onun adı cəmi bir dəfə birinci sırada, hərəyə iki dəfə ikinci və üçüncü sırada çəkilib. Daha bir maraqlı məqam "Qarabağ”ın hücumçusu Mahir Əmrəliyə dörd məşqçi tərəfindən ilin üçüncü futbolçusu qismində səs verilib. Elə bu il millimizdə parlamış Bəhlul Mustafazadə də Mahir qədər – dörd dəfə səs toplayıb.

Premyer Liqa klublarının baş məşqçiləri

Qurban Qurbanov ("Qarabağ”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Mahir Əmrəli

Roberto Bordin ("Neftçi”): 1. Voyislav Stankoviç, 2. Rişard Almeyda, 3. Emin Mahmudov

Tərlan Əhmədov ("Keşlə”): 1. Emin Mahmudov, 2. Qara Qarayev, 3. Vüsal İsgəndərli

Ayxan Abbasov ("Sumqayıt”): 1. Vüqar Mustafayev, 2. Əmir Ağayev, 3. Peyman Babayi

Zaur Həşimov ("Zirə”): 1. Maksim Medvedev, 2. Ağabala Ramazanov, 3. Cavid Hüseynov

Jelko Sopiç ("Sabah”): 1. Abdulla Zubir, 2. Emin Mahmudov, 3. Rişard Almeyda

Elmar Baxşıyev ("Qəbələ”): 1. Ramil Şeydayev, 2. Emil Balayev, 3. Bəhlul Mustafazadə

Aftandil Hacıyev ("Səbail”): 1. Emil Balayev, 2. Ağabala Ramazanov, 3. Mahir Əmrəli

AFFA Məşqçilər Komitəsinin üzvləri

Vaqif Sadıqov (sədr): 1. Abdulla Zubir, 2. Emil Balayev, 3. Mahir Əmrəli

Şakir Qəribov: 1. Bəhlul Mustafazadə, 2. Abdulla Zubir, 3. Mahir Əmrəli

Ağasəlim Mircavadov: 1. Emil Balayev, 2. Bəhlul Mustafazadə, 3. Emin Mahmudov

Şahin Diniyev: 1. Emil Balayev, 2. Abdulla Zubir, 3. Bəhlul Mustafazadə