06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General istefa verdi

29.12.2019

Kolumbiya Silahlı Ordusunun Quru Qüvvələri komandanı Nisasio de Xesus Martinez istefa verib.
Xəbər verildiyi kimi, Kolumbiyanın dövlət başçısı İvan Duke onun yerinə general Eduardo Enrike Zapateiro Altamirandanı Quru Qüvvələrinin rəhbərliyinə təyin edib.
Sabiq komandan haqqında hələ may ayında verdiyi təlimatların mülki şəxslərin ölümünə yol açıb-açmadığına dair istintaq işi açılmışdı.
"The New York Times”da dərc olunan xəbərə görə, əsgərlərə əməliyyatlarda mütləq nəticə əldə etmələri və nəticələrini artırmalarına dair əmr verilib. Bu da mülki şəxsləri təhlükə altında qoyub.
"Associated Press"in (AP) yayımladığı başqa bir xəbərdə isə Martinezin 2005-ci ildə dinc sakinlərin qətlə yetirilməsi ilə bağlılığı olduğu iddia edilmişdi.
Terrorla mübarizə çərçivəsində kəşfiyyat xəbərləri alınan şəxslərin ödənişlərinə dair sənədləri ələ keçirdiyini bildirən AP Martinezin verdiyi pulların bəzilərinin dinc sakinlərin ölümlərindən və xərac almaqdan məsul əsgərlərə getdiyini bildirmişdi.