06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qış mövsümündə belə qidalar qəbul edilməlidir

28.12.2019

Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq Ləman Süleymanova deyib. Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir.
"Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər”,- deyə həkim-diyetoloq fikrini yekunlaşdırıb.