Dodon:   Putindən öyrənmişəm   
    
                          
     
                         28.12.2019
 
    
                        					Rusiya Prezidenti Vladimir Putin mənə ölkənin maraqlarını müdafiə etməyi və sadə olmayan qərarları qəbul etməyi öyrədib.
Xəbər verildiyi kimi, bunu Moldova Prezidenti İqor Dodon deyib.
"Mən həqiqətən Rusiya prezidentindən çox şey öyrənmişəm. Xüsusilə, ölkənin maraqlarını müdafiə etməyi və çətin situasiyaya baxmayaraq, çətin qərarlar qəbul etməyi öyrənmişəm”, – deyə o bildirib.