08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Tufan" Xəzərdə döyüş fəaliyyətinə başladı

10.05.2018

Aprelin 30-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-205 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi mayın 10-da Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­sılatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə mü­hüm vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xidməti-döyüş imkanlarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu tədbirin Azərbaycan Dövlət Sərhəd Xid­mə­tinin yara­dı­cısı, Azər­baycan sərhəd mühafizəsi strategiyasının müəllifi Dahi Ön­dər Hey­dər Əli­yevin 95 illik yu­bileyinə təsadüf etməsi bu günü daha da əla­mətdar edib.
Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını böyük şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb. "DM"