05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Komitə sədri vəzifədən gedir...

28.12.2019

Adı Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın seçki prosesində vəzifəsindən istefa verəcəyi gündəmdədir.
Xəbər verildiyi kimi, Komitədən bildirilib ki, H.Hüseynova artıq məzuniyyətə çıxıb. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə axar.az-a açıqlamasında qanunvericiliyə uyğun olaraq H.Hüseynovanın seçki dövründə vəzifəsini icra edə bilməyəcəyini deyib:
"Namizəd olduğu dövrdə o, vəzifəsinin icrasından imtina etməlidir. Yəni seçki dövrü ərzində istefa verməsi vacib olmasa da, vəzifə resurslarından istifadə edə bilməz. Əgər deputat seçilərsə, hər iki fəaliyyətlə məşğul ola bilməz. Həmin vəzifələrdən yalnız birini seçməli, digərindən imtina etməlidir”.
Beləliklə, artıq məzuniyyətə çıxan H.Hüseynovanın vəzifə başına geri dönməyəcəyi, yəni 9 fevraldan sonra komitə sədri vəzifəsindən birdəfəlik gedəcəyi gözlənilir.