28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milyonçu Məşhur Məmmədov da YAP-ın deputat siyahısında

28.12.2019

Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.
Xəbər verildiyi kimi, Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.
Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur "Embavud” şirkətinin rəhbəridir.
Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir.
2010-cu ildən şirkət ikinci ev mebeli brendi – "Madeyra”nı bazara çıxarıb və hazırda bu brend altında 70-dən çox mağazası var.
Olduqca uğurlu biznesmenlərdən sayılan Məşhur Məmmədovun rəhbəri olduğu "Embavud”un Azərbaycanda və MDB ölkələrində çoxlu sayda fabrik və satış mərkəzləri mövcuddur. Şirkətin Azərbaycan, Gürcüstan və Ukraynada fabrikləri fəaliyyət göstərir. Azərbaycanda 52, Qazaxıstanda 26, Gürcüstanda 21, Ukraynada 20 mağazası var.