28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FİDE prezidenti üzr istədi - Dünya çempionatında narazılıq

27.12.2019

Rusiyada keçirilən şahmat üzrə dünya çempionatının təşkilatçılığından yarışçılar narazı qalıblar.
Xəbər verildiyi kimi, Moskvanın "Lujniki” stadionunun böyük zalındakeçirilən və mükafatı bir milyon dollar olanyarışmada istilik sistemində problem yaranıb.
Bunagörə də iştirakçılar üstgeyimlərini geyinərək oynamağa məcbur olublar. Bu problem uzun müddət həll edilə bilməyib.
Bundan sonra FİDE prezidenti Arkadi Dvorkoviç "Twitter”də baş verənlərə görə üzr istəyib:
"Moskvadakı dünya çempionatında iştirak edənlərdən avadanlıqların nasazlığı nəticəsində yaranan narahatlığa, oyun otağında temperaturun düşməsinə görə üzr istəyirəm. Dünyanın ən yaxşı oyunçularının bu problemdən narahat olmamaları üçün tədbirlər görürük”.
Qeyd edək ki, çempionata Azərbaycandan Şəhriyar Məmmədyarov qatılıb.