27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təyyarə qəzasının ilkin səbəbləri müəyyənləşdi

27.12.2019

Qazaxıstanda təyyarənin qəzaya uğramasının mümkün səbəbləri istintaq tərəfindən müəyyənləşdirilib.
Bu barədə "RİA Novosti” xəbər verir. Məlumatda bildirilir ki, hazırda prioritet versiya kimi texniki nasazlıq və pilot səhvi məsələsinə baxılır.
Baş nazirin müavini Roman Sklyarın sözlərinə görə təyyarədə havada hündürlük yığdığı zaman nasazlıq baş verib və bu zaman təyyarənin quyruğu iki dəfə uçuş-eniş zolağına dəyib.
Uçuşdan dərhal sonra yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.
Faciə yerində xilasetmə işləri başlayıb. Sərnişinlər və heyət üzvləri təxliyyə olunub, yanğının qarşısı alınıb. Qəzanın baş verdiyi ərazinin yaxınlığında təyyarənin "qara qutu”su tapılıb.
Xatırladaq ki, hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 95 sərnişin və beş heyət üzvü olub.
Qazaxıstan DİN-in son məlumatına görə, 12 nəfər həlak olub. Səhiyyə Nazirliyi doqquzu uşaq olmaqla 53 yaralının xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.