27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Həsənov: Şəxsən mən özüm hər ay 200 manat verəcəm…

27.12.2019

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın tərkibində xüsusi fond yaradıla bilər.
Xəbər verildiyi kimi, bunu Baş nazirin sabiq müavini Əli Həsənov "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib.
O, iclasda icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.
Ə.Həsənov icmanın işlərinin daha da genişləndirmək üçün icmanın təkbində fond yaradılmasını təklif edib: "Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq təşkilatlarda konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır".