28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəzaya uğramış təyyarənin ilk görüntüləri - VİDEO

27.12.2019

Qəzaya uğrayan təyyarənin sərnişini faciənin ilk dəqiqələrinin videosunu paylaşıb.
Bu barədə "Sputnik Kazaxstan” xəbər yayımlayıb.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air” şirkətinə məxsus "Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Almatı-Nur-Sultan reysi ilə uçan təyyarənin göyərtəsində 95 sərnişin və beş heyət üzvü olub.
Təyyarədə havada hündürlük yığdığı zamanı nasazlığın baş verdiyi bildirilir. Yerə düşən hava gəmisi beton arakəsməyə və ikimərtəbəli tikiliyə çırpılıb.
Qəza yerində dərhal xilasetmə işləri başlayıb: sərnişinlər və heyət üzvləri təxliyyə olunub, yanğının qarşısı alınıb.