03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin yüksək vəzifə verdiyi Nuriyev kimdir?

26.12.2019

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Eldar Nuriyevin Ədliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
E.Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E.Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.
O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E.Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E.Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, prokurorluq sisteminə qayıdır.
2006-cı ilin aprelində Baş Prokurorluğa əmri verilən E.Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənir. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.