06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yerli sakinləri turistlərdən az olan şəhərlər - Siyahı

26.12.2019

"Dövran Media” xəbər verir ki, Official Esta viza şirkəti dünyada yerli sakinlərdən daha çox turistin olduğu şəhərlərin reytinqini dərc edib.
Birincı yerdə Mayamidir – 100 sakinə 1,641 turist düşür. İkinci yerdə Amerikanın Las-Vegas şəhəridir ki, 100 yerli sakinə 993 ziyarətçi düşür. Liderlər arasında Dubay hər 100 nəfərə 558 turist göstəricisi ilə üçüncü yerdə qərarlaşıb.
Reytinqə 16 şəhər daxildir, bunlardan altısı ABŞ-a aiddir. Tam siyahı belədir:
1. Mayami, ABŞ - 100 yerli sakinə 1,641 turist.
2. Las-Veqas, ABŞ - 100 yerli sakinə 993 turist.
3. Dubay, BƏƏ - hər 100 nəfərə 588 turist.
4. Edinburq, Şotlandiya - 100 yerli sakinə 445 turist.
5. Dublin, İrlandiya - 100 yerli sakinə 427 turist.
6. Hong Kong - 100 nəfərə 398 turist.
7. San-Fransisko, ABŞ - hər 100 nəfərə 392 turist.
8. Vyana, Avstriya - hər 100 nəfərə 329 turist.
9. Sinqapur - 316 turist.
10. Vaşinqton, ABŞ - 286 turist.
11. Münhen, Almaniya - 265 turist.
12. Boston, ABŞ - 100 yerli sakinə 238 turist.
13. Bangkok, Tayland - 229 turist.
14. London, Böyük Britaniya - 226 turist.
15. Porto, Portuqaliya - 100 yerli sakinə 183 turist.
16. Los Angeles, ABŞ - 100 yerli sakinə 179 turist.