08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran İsraili, İsrail də İranı vurdu - VİDEO

10.05.2018

İranın Suriyadakı hərbi birləşmələri bu gecə Holan yüksəkliklərində İsrail ordusunun mövqelərinə 20 raket atıb.
"Dövran Media" bildirir ki, bir neçə raketi İsrailin Hava Hücumundan Müdafiə Qüvvələrinin "Dəmir qübbə" ("İron Dome") sistemi səmada vurub.
Raket zərbələri nəticəsində İsraildə tələfat yoxdur.
Buna cavab olaraq SAXAL-ın təyyarələri Suriyanın İsraillə sərhədinin yaxınlığındakı əl Kuneytra şəhərində bir neçə obyekti bombalayıb. Daha sonra isə İsrail İranın "əl Qüds" korpusunun Suriyadakı onlarla obyektinə raket-bomba zərbələri endirib.
İsrail ordusu Holan yüksəkliklərində yaşayan israillilərə ehtiyatlı davranmağı və bomba sığınacaqlarının yaxınlığında olmağı tapşırıb.
Suriyanın SANA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, ölkənin HHM qüvvələri İsrailin onlarla raketini vurublar. Yerdə qalan raketlər HHM mövqelərini, radarı və hərbi sursat anbarını sıradan çıxarıb.
İsrail ordusunun "Qaley SAXAL" ümummilli radiostansiyasının reportyoru Zahi Dabuşun verdiyi məlumata görə, İranın raket zərbələri nəticəsində tələfat və ya dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.
Rəsmi Təl-Əviv baş verənləri İranın İsrailə hücumu sayır.
ABŞ Dövlət Departamentinin sözçüsü bəyan edib ki, İranın İsrailə 20 raket buraxmasından xəbərdarlırlar.
Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo isə Qüdsdə səfərdədir. O bəyan edib: "İranın düşmən fəaliyyətinə qarşı İsraili dəstkləyirik. İsrailin özünü müdafiə etmək təki suveren hüququ var".