09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentdə ABŞ bayrağı yandırıldı - VİDEO

10.05.2018

İran parlamentinin bir neçə deputatı çərşənbə günü, Amerika prezidenti Donald Tramp Tehranla nüvə sazişindən çıxmaq barədə qərar qəbul etdikdən bir gün sonra ABŞ bayrağını yandırıb.
"Dövran Media" xəbər verir ki, deputatlardan biri tribunaya çıxaraq Amerika bayrağının əks olunduğu kağız parçasını nümayiş etdirib, daha sonra isə onu alışqanla yandırıb.
Bu, deputatda birinci cəhddə alınmayıb, bunu görə digər millət vəkilləri də ona yaxınlaşaraq kömək etməyə başlayıblar. Onlar tribunada başqa bir sənəd də yandırıblar. KİV-in məlumtına görə, bu, nüvə sövdələşməsinə dair müqavilənin nüsxəsi olub.
Deputatlar aksiya zamanı Amerika əleyhinə şüarlar səsləndiriblər. Sonda hər iki yanmış kağız parçası yerə atılaraq tapdanıb.