06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan qonşu dövlətlərlə bağlı AÇIQLAMA

26.12.2019

İran Sərhəd Qoşunlarının Komandanı, Briqada generalı Qasem Rezai çərşənbə günü bildirib ki, İran davamlı təhlükəsizliyi qorumaq məqsədi ilə bütün qonşularla sərhəd diplomatiyasını inkişaf etdirmək niyyətindədir. 
İranın qonşu dövlətlərlə mövcud qarşılıqlı əlaqələrə toxunan Rezai sərhəd diplomatiyasının inkişafının sərhəd şəraitinin yaxşılaşdırılması istiqamətində görülən ən uğurlu tədbirlərdən biri olduğunu söyləyib: "Bu əlaqələrin inkişafı həm sərhəd xərclərini azaldacaq, həm də sərhəd mühafizəsinin səmərəliliyini artıracaq”.
Qeyd edək ki, İran Əfqanıstan, Pakistan, Türkmənistan, Türkiyə, Ermənistan, Azərbaycan, İraqla yanaşı, Xəzər dənizi, Fars körfəzi və Oman dənizi ilə ümumilikdə 2700 km sərhəd zolağına malikdir.