03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni il şənlikləri Murad Dadaşova həvalə edildi

25.12.2019

"M Group Production" MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.
Xəbər verildiyi kimi, şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək.
Bakı şəhəri İcra Hakimiyyəti "Yaşıl teatr" Bakı konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 973 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb.
Müqavilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması"nın nəzərdə tutur.