03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov bu qərarı dəyişdirdi

25.12.2019

Nazirlər Kabinetinin "Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” 2017-ci il 26 dekabr tarixli 598 nömrəli qərarında (Artur Rasizadə tərəfindən təsdiqlənib) dəyişiklik edilib.
Xəbər verildiyi kimi, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Nazirlər Kabineti qərara alıb ki, əvvəlki qərarın ikinci və üçüncü hissələri ləğv edilsin.
İkinci hissədə bildirilirdi ki, "Açıq məkanda yerləşdirilən reklama dair texniki şərtlər pasportu”nun forması təsdiq edilsin.
Üçüncü hissə isə açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasını müəyyən edirdi.
Qərarla dördüncü hissədə "əmlakdan istifadəyə” sözləri "əmlakın icarəsinə” sözləri ilə əvəzlənib.
Qeyd edək ki, dördüncü hissə bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı həmin əmlakın icarəsinə görə məbləği müəyyənləşdirir.
Bildirilir ki, reklam yayıcısının həmin reklam daşıyıcısında reklam yerləşdirilməsinə icazə verilməsi üçün ödədiyi (ödəyəcəyi) dövlət rüsumu məbləğinin 10 faizi həcmində müəyyən edilsin.