03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan ilk onluğa daxil oldu

25.12.2019

Böyük Britaniya Bel Çantalı Səyahətçilər Cəmiyyəti (British Backpacker Society) Azərbaycanı səhayət üçün perspektivli ölkələr arasında ilk onluğa daxil edib.
Xəbər verildiyi kimi, Azərbaycan macərapərəstlər üçün maraqlı ölkə kimi təqdim olunub.
Qeyd olunub ki, Cəmiyyət Azərbaycanın şimalında dağ kəndlərinə səhayət etmə təklif edir.
Bundan başqa, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi qeyd olunub və şimalda "həyəcanverici dağlar”la, cənubda "heyrətamiz palçıq vulkanları” ilə, qərbdə "maraqlı mədəniyyətlərlə”, şərqdə isə "Qafqazın ən gözəl şəhəri” Bakı ilə əhatə olunduğu vurğulanıb.
Azərbaycanın cəlbediciliyinin əsasında Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi göstərilib.
Reytinqdə, həmçinin Efiopiya, Rusiya, Bosniya, Qazaxıstan, Özbəkistan, Qazaxıstan yer alıb.