03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ Ermənistanın tərkibində heç kimə sərfəli deyil - Bozoyan

25.12.2019

Ermənistanın Dağlıq Qarabağı legitimləşdirmək cəhdləri bir neçə səbəbdən uğursuzluğa düçar olub.
Xəbər verildiyi kimi, bunu "Yerevan today” saytına müsahibəsində erməni politoloq Yervand Bozoyan deyib. Onun sözlərinə görə, hazırda regional oyunçulardan heç kimə Qarabağın həllində hansısa irəliləyiş sərfəli deyil:
"Heç kimə Qarabağı Azərbaycandan ayırmaq, müstəqilliyini tanımaq və ya Ermənistanın tərkibinə qatmaq sərfəli deyil. İran Azərbaycan və azərbaycanlılardan qorxur, Türkiyə Azərbaycanın tərəfdaşıdır, Gürcüstanın "iki Qarabağı”, Rusiya da isə "89 Qarabağ” mövcuddur. Qonşularımızdan heç kimin bu problemin həlli ilə bağlı resepti yoxdur”.
Bozoyan Qarabağın Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Ermənistanın bununla bərabər Zəngəzuru da itirəcəyini bildirib.
O, Azərbaycanın bunun vasitəsilə Naxçıvanla dəhliz yaradacağını söyləyib.
Qeyd edək ki, Zəngəzur, Meğri, Qafan və Dərələyəz mahalı 1920-ci ildə Azərbaycandan qoparılaraq Ermənistana verilib və bununla da Naxçıvanla quru əlaqəsi kəsilib.