03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskva III Dünya savaşı hazırlayır?

25.12.2019

ABŞ növbəti dəfə Avropanı Kreml-Berlin dostluğundan xilas etməyə cəhd edir.
Xəbər verildiyi kimi, bunu gürcü ekspert Qoça Qvaramiya deyib. Onun sözlərinə görə, Avropa, xüsusilə, Almaniya Kremllə dostluğun nə ilə nəticələndiyini unudub:
"Məhz SSRİ Almaniyanı Avropada hökmranlığa təhrik edərək, İkinci Dünya müharibəsini provokasiya edib. Əgər ABŞ yardım etməsəydi və antihitler koalisiyası yaradılmasaydı, SSRİ də Almaniya ilə bacarmayacaqdı. Yekunda kim uddu? Əlbəttə ki, SSRİ. Nəticədə Molotov-Ribbentrop Paktında nəzərdə tutulandan daha çox ölkə SSRİ-nin təsir dairəsinə düşdü”.
O, bu gün tarixin təkrarlandığını, yenidən Kreml-Berlin ittifaqının yaradıldığını bildirib. Qvaramiya "Şimal axını” qaz kəmərinin Molotov-Ribbentrop Paktının reinkarnasiyası olduğunu deyib. O, Almaniyanı Avropanın tam sahibi olmağa təhrik etməklə Kremlin bütün qitəni nəzarət altına almaq hədəfini həll etməyə çalışdığını söyləyib.
Ekspert "Şimal axını” layihəsində bütün nəzarətin Kremlin əlində olduğunu və yaranacaq müəyyən ziddiyətlərdən sonra Moskvanın yenidən Almaniyanı hər şeydə günahkar göstərəcəyini və bunun AB ilə NATO-nun süqutu prosesini başladacağını deyib.
Qeyd edək ki, ABŞ Rusiya ilə Almaniyanın gerçəkləşdirməyə çalışdığı "Şimal axını 2” qaz kəmərinə sanksiya tətbiq edib. Bu addım hər iki ölkənin kəskin narazılığına səbəb olub. Almaniya sanksiyaları Avropanın daxili işlərinə müdaxilə kimi dəyərləndirib.