03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vasif Talıbov bu şəxslərin maaşını 50 faiz artırdı

25.12.2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Xəbər verildiyi kimi, sərəncamda bildirilir ki, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Babək rayonunda icbari tibbi sığorta tətbiq edilməlidir.
Sərəncamla Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.
Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb ki, Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılmasını təmin etsin.
Qeyd edək ki, V.Talıbov bundan əvvəl Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.
Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.