03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İcma sədri deputatlığa namizəd oldu

25.12.2019

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə İcmadan məlumat verilib. Qeyd edilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.
Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.
O, ötən günlərdə Modern.az-a açıqlamasında yenidən parlament seçkilərində iştirak etməyəcəyini söyləyib.
Əvəzində həmin dairədən daha iki gənc öz namizədliyini irəli sürüb. Bunlar Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərovdur.(modern.az)