03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ələkbərov Azərbaycanda maraqlı layihələrə hazırlaşır

25.12.2019

Rusiyanın "Lukoyl” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov "Kommersant”a müsahibəsində Azərbaycanda iki layihə üzrə danışıqlar apardığını deyib.
Xəbər verildiyi kimi, Vahid Ələkbərov həmin layihələrin adlarını açıqlamayıb.
"Azərbaycanda hazırda bizim danışıqlar prosesimiz gedir, hansı ki, biz bunu 2020-c ilin birinci kvartalında sürətlə yekunlaşdırmağı nəzərdə tuturuq. Bizi iki layihə maraqlandırır, amma mən hələ onları açıqlaya bilmərəm, hələlik onlarla bağlı müqavilə imzalanmayıb”, - milyarder bildirib.
V.Ələkbərov Azərbaycanla yanaşı Qazaxıstanda da "bəzi maraqlı layihələr” üzrə danışıqlar getdiyini deyib. Onun sözlərinə görə, "Lukoyl” Xəzərdə fəal geoloji-kəşfiyyat işləri də aparırı və gələn il "Xəzri” blokunda quyuların qazılmasına başlayacaq.