02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər nasist Dronu da “müqəddəs” etdi - özü də rus kanalında + VİDEO

24.12.2019

Ermənistanda İkinci Dünya müharibəsi zamanı nasistlərlə fəal olaraq əməkdaşlıq edən şəxslərin "qəhrəman” elan edilməsi kampaniyası çərçivəsində Drastamat Kanayan (Dro) da Qaregin Njde kimi "müqəddəs” elan olunub.
Xəbər verildiyi kimi, bütün KİV və sosial şəbəkənin Qaregin Njdenin şərəfinə ucaldılan abidələrlə bağlı hiddət ifadə etdiyi bir zamanda ermənilər abidələrin sökülməsi barədə düşünmək əvəzinə nasistlərin qəhrəmanlaşdırılması siyasətini həyata keçirməyə davam edir. Və bütün bunlar faşist Almaniyası üzərində qələbənin 75-ci illiyi öncəsi baş verir.
Belə ki, OTV kanalında (Çelyabinks vilayəti) yayımlanan "Bizim səhər” əyləncəli informasiya proqramının efirində Ermənistanın "Şirak” mahnı ansamblı (bədii rəhbəri Sagik Xaçatryan) çıxış edib. Ansambla yerli erməni mədəniyyət mərkəzi dəstək verir.
Televiziya kanalının canlı efirində erməni uşaqlar Kanayanın mədh edildiyi Aqasi İspiryanın "Daşnak Dro” mahnısını ifa ediblər.
Bəs əslində Dro kimdir?
Drastamat Kanayan daha çox general Dro kimi tanınır. Avstriyalı tarixçi Erik Fayql öz yazılarında Dronun 1942-ci ilin dekabrında Himmlerə baş çəkdiyini qeyd edib.
"Dro heç bir vicdan əzabı çəkmədən qətlə yetirmək təcrübəsinə malik idi və bu xüsusiyyət Himmlerə çox təsir edirdi. Nə Himmler, nə də Dro insanları ölümə göndərdiklərinə görə narahatlıq hissi keçirirdi. Dronun çağırışına cavab olaraq 30 minə yaxın erməni nasistlərə qoşuldu. Rusiya FTX-nın Mərkəzi arxivindəki sənəddə deyilir: "1942-ci ilin avqustunda Rostov Don şəhəri işğal olunan zaman şəhərə general Dronun başçığı ilə bir qrup erməni millətçisi daxil olub. Qrup Sovet hökumətinə qarşı mübarizə aparmaq məqsədilə Qafqaz millətlərindən ibarət könüllülər legionunun hazırlanması üçün Himlerin şəxsi göstərişi ilə yaradılmışdı”, - deyə Erik Fayql yazır.