08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Jurnalist Rauf Talışinski dəfn edildi +FOTOLAR

09.05.2018

Bakıda Təzəpir məscidində keçirilən vida mərasimindən sonra jurnalist Rauf Talışinski "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Talışinskinin yaxınları ilə yanaşı dostları, mətbuat və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, ötən gün respublikanın əməkdar jurnalisti, "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski (Talışinski Rauf Rəfail oğlu) ömrünün 62-ci ilində dünyasını dəyişib.
1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra "Molodyoj Azerbaydjana", "Vışka" qəzetlərində çalışıb. "İzvestiya" qəzetinin Azərbaycan üzrə müxbiri olub.
R.Talışinskinin həyat və yaradıcılığı peşəsi üçün fədakarlıq nümunəsidir. Ən çətin zamandan - 1990-cı ildən "Ayna-Zerkalo" qəzetinə rəhbərlik edib. Bu nəşrdəki, eləcə də 2001-ci ildən baş redaktoru olduğu "Exo" qəzetindəki fəaliyyəti ilə müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük xidmət göstərib.