03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yevda Abramovun yerinə yeni namizəd var

24.12.2019

Dağ yəhudilərindən parlament seçkilərində iştirak etmək üçün Yəhudi İcmasına müraciət edənlər var.
Xəbər verildiyi kimi, bu sözləri Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliyev söyləyib.
O qeyd edib ki, parlament seçkilərində yəhudilərin cəmi bir nəfər namizədi olacaq:
"Amma hələlik namizədin kimliyi ilə bağlı dəqiqləşmə aparmamışıq. Yəqin ki, yaxın günlərdə müzakirə aparılıb, kimin parlament seçkilərinə qatılacağına qərar verəcəyik”.
Qeyd edək ki, bundan əvvəl yəhudilərin parlamentdəki nümayəndəsi 53 saylı Quba-Qusar seçki dairəsindən deputat olan Yevda Abramov idi. Bir müddət öncə Yevda Abramov xəstəlik səbəbindən vəfat edib.