03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Roza Zərgərlinin oğlu bələdiyyəyə üzv seçildi

24.12.2019

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.
Xəbər verildiyi kimi, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.
Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 667 səs toplayıb.
Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:
"Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. "Xəzər" TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir".