04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onların diaqnostik qiymətləndirilməsi başlanır - bu gündən

24.12.2019

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanının keçirilməsinə başlanılır.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçirilir.
Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.
İmtahanların keçirilməsi dekabrın 28-də yekunlaşacaq.
İmtahanlarda dövlət ümumi təhsil müəssisələrində işləyən 2700-ə yaxın psixoloqun iştirakı gözlənilir.
Psixoloqlar üçün diaqnostik qiymətləndirmədə iştirak məcburi deyil. Diaqnostik qiymətləndirmədə iştirak psixoloqların sonrakı fəaliyyətinə müsbət təsir edəcək.
Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi də müzakirə olunan vacib məsələlərdən olacaq.