28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Teatra getmək ömrü uzadır" - ARAŞDIRMA

23.12.2019

İngilis elm insanları tərəfindən edilən bir araşdırmaya görə  teatrlara, muzeylərə və ya sərgilərə getmək daha uzun yaşamağınıza kömək edir və ölüm riskini azaldır.
İngilis elm adamları teatr, muzey və ya sərgi ziyarətlərinin insan ömrünü uzatdığını təsdiq edən bir çalışma edib.
Araşdırmanın nəticələri The BMJ tibb jurnalında dərc edilib.
University College Londonda (UCL) Dr. Daisy Fancourt tərəfindən aparılan araşdırmada mütəmadi olaraq mədəni tədbirlərə gedənlərin erkən ölüm riskinin yüzdə 31 olduğu müəyyən edilib. Bu kimi fəaliyyətlərə ildə bir və ya iki dəfə zaman ayıranların da erkən ölüm riskinin yüzdə 14 %  azaldığı məlum olub. 
Araşdırma zamanı yaşı 50-dən çox olan təxminən 7 min İngiltərə sakininin məlumatları təhlil edilib.
Araşdırmanın nəticələri sənətin ömrü uzatdığını birbaşa sübut etməsə də, incəsənətlə maraqlanan insanların fiziki və zehni sağlamlıqlarını gücləndirdiyi istiqamətində aparılan əvvəlki müşahidələri təsdiqləyib.
Dr. Fancourt müəyyən xəstəlik durumunda daha ətraflı tövsiyələr verə bilmək üçün araşdırmanın davam etdirilməsi gərəkdiyini vurğulayıb.