Paşinyan  Qarabağa gəldi 
    
                          
     
                         09.05.2018
 
    
                        Ermənistanın baş naziri Nikol Paşinyan bu gün helikopterlə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlib.
"Dövran Media" xəbər verir ki, bu haqda TASS agentliyinə Paşinyana yaxın mənbə bildirib.
"Baş nazir Paşinyan helikopterlə gəldi. Onu Qarabağın "ali rəhbərliyi” qarşıladı”, - mənbə əlavə edib.
Onun sözlərinə görə, Paşinyanın separatçı qurumun siyasi və hərbi rəhbərliyi ilə görüşləri, həmçinin Xankəndidə mətbuat konfransı planlaşdırılıb.