29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəsul Cəfərovun namizədliyi təsdiqlənmədi

21.12.2019

Mərkəzi Seçki Komisiyasının iclasında Milli Məclisə fevralın 9-na təyin edilmiş seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülən Rəsul Cəfərovun namizədliyinin təsdiq olunmasından imtina edilməsinə dair verdiyi şikayətə baxılıb.
MSK üzvü Ramiz İbrahimov məsələ barədə məlumat verib.

O qeyd edib ki, deputatlığa namizəliyin irəli sürülməsinə dair qərar Seçki Məcəlləsinin müvafiq maddələrinin pozulmasına uyğun tərtib edildiyinidən icraata qəbul edilib:

"Cəfərov əlavə sənədlərinin olmadığını bildirb. DSK 17 dekabr tarixli qərarını onunla əsaslandıırb ki, 13 dekabr tarixli öhdəlik ərizəsinə əsasən Rəsul Cəfərov Cinayə Məcəlləsinin ağır maddəsi ilə məhkum olunub. Konstitusiyanın müfafiq maddələrinə uyğun olaraq ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan şəxslər ola bilməzlər. Rəsul Cəfərov prezidentin 17 mart 2016-cı ildə sərəncamı ilə əfv edilib. Cəzadan azad edilsə də qanunvericiliklə müəyyən edilmiş müddət keçmədiyi üçün məhkumluğu ödənilməyib. Belə ki, cəzanı çəkdikdən sonrakı 6 il müddətində ödənilir. Qanunvericiliyə görə, ağır cinayət törətmiş şəxslər deputat seçilə bilməzlər. DSK qanunvericiliyin tələbinə uyğun olaraq imtina edilib. Qeyd edilənləri əsas gətirərək 15 saylı Yasamal birinci DSK-nın 17 dekabr tarixli qərarının lığv edilməsi üçün hüququ əsaslar yoxdur və dəyişdirilmədən saxlanılmalıdır”.

R.İbrahimov bununla bağlı qərar layihəsi oxuyub. Qərarda qeyd edilir ki, 19 dekabr tarixli imtina qərarı qüvvədə saxlanılsın.

İclasda iştirak edən Rəsul Cəfərov qeyd edib ki, onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var:

"AİHM-in qərarında mənimlə bağlı iş xətalı hesab edilib. Ona görə də burada formalistik yox, konseptual yanaşma olmalıdır. O qərar olmasaydı mən yəqin ki, heç namizədliyimi də irəli sürməzdim. O qərar əsasənda inamizədliyimi irəli sürmüşəm”.

MSK sədri bildirib ki, o, daha əvvəl komissiyanın hüquqi nöqteyi-nəzərdən R.Cəfərovun namizədliyini təsdiqləmək hüququ yoxdur:

"Bu, mütlədir. Amma sizin qeyd etdiyiniz kimi məhkəmələrdə işiniz yekunlaşmadığı üçün yanvarın 10-dək yenə də müraciət etmək hüququnuz qalır”.

MSK üzvü Fuad Cavadov da bildirib ki, Rəsul Cəfərov əvf edilsə də onun məhkumluğu götürülməyib.

Müzakirədən sonra Rəsul Cəfərovun namizəliyinin təsdiq olunmasından imtina edilməsinə dair MSK-nın qərarı qəbul edilib. Bir nəfər – Almaz Qəhrəmanlı bitərəf qalıb.