09 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: "İtirən ABŞ olacaq"

09.05.2018

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması ilə bağlı qərarına münasibət bildirib.
"Dövran Media" "CNN Türk”ə istinadən verdiyi xəbərə görə, o qeyd edib ki, ABŞ imza atdığı sazişə sadiq qalmır.
"İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır. Beynəlxalq razılaşmaları istədiyiniz zaman pozmaq, istədiyiniz zaman imzalamaq olmaz. Bu sazişlə bağlı işlərin bir anda tərs getməsi sadəcə regiona deyil, bütün dünyaya və beynəlxalq iqtisadiyyata təsir edəcək. ABŞ bundan mənfəət götürə bilər, ancaq bir çox ölkə ciddi zərər görəcək. Niyə daha böyük böhranlara yol açırıq? Başqa böhranlara ehtiyacımız yoxdur. İmzalar atılıbsa, sadiq qalmaq lazımdır” ”, -deyə Türkiyə dövlət başçısı qeyd edib.  
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. O, Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.