28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oğru portretini hadisə yerində unutdu - FOTO

21.12.2019

ABŞ-ın Kaliforniya ştatında müştəri  rəssamın içərisində pul olan çantasını oğurlayıb.
"Fox News”un məlumatına əsasən, kişi rəssamdan şarjını çəkməyi xahiş edib. Lakin portretçi işini bitirən kimi, müştəri onun çantasını götürərək qaçıb.
Bildirilir ki, oğru tələsdiyi üçün öz portretini götürməyi unudub. Rəssamın sözlərinə əsasən, çantada 500 dollar olub.
Zərərçəkən quldurun karikaturasını polisə təqdim edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəkli "Facebook” səhifəsində yerləşdiriblər.

 "Siz bu insanı tanıyırsınız? Və bəli, biz zarafat etmirik”, - polis əməkdaşları şəklin altından yazıblar.