27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəmaləddin Heydərov Qusardadır

20.12.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 20-də Qusar şəhərində vətəndaşları qəbul edib
Qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Həmin gün Fövqəladə Hallar nazirinin müavinləri Rəfail Mirzəyev Qubada, Etibar Mirzəyev isə Xaçmazda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.