28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərhum şairin oğluna yüksək vəzifə verildi

20.12.2019

Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.
Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.