27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdman Araşdırmalar Mərkəzi ilin yeddi qalibini mükafatlandırdı

19.12.2019

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) yeddinci dəfə ilin ən yaxşılarını müəyyənləşdirib.
Bakı Olimpiya Stadionunda keçirilən mükafatlandırma mərasimində yeddi nominasiya üzrə qalib müəyyənləşib.
Əvvəlcə İAM-ın rəhbəri Elşən Məmmədov çıxış edərək yeddinci dəfə bu tədbiri keçirdiklərini və idmançılarımızın il ərzində qazandıqları nəticələrdən danışıb.
O bildirib ki, qaliblər 56 idman jurnalistinin iştirak etdiyi səsverməyə əsasən müəyyənləşib. Həmin yeddi qalib bunlardır:
İlin idman xadimi - Mahir Məmmədov (FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu - Bakı Olimpiya Stadion
İlin futbolçusu - Emil Balayev (Milli komandamızın və Qazaxıstanın "Tobol” klubunun qapıçısı)
İlin əcnəbi futbolçusu - Abdullah Zubir ("Qarabağ”ın yarımmüdafiəçisi)
İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi - Qurban Qurbanov ("Qarabağ”)
İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)
Bundan başqa, xüsusi mükafatlar da verilib:
"Minsk 2019” II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün futbolçusu - Emin Mahmudov ("Neftçi”)