30 09 2020-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
29/09/2020
28/09/2020

Dollar dəyərdən düşəcək - PROQNOZ

19.12.2019

Bir neçə xarici investisiya bankı, 2020-ci ildə dolların kursunun aşağı düşəcəyini proqnozlaşdırıb.
"Financial Times”ın xəbərinə görə, bu barədə "Deutsche Bank”, "Goldman Sachs”, "Bank of New York Mellon”, "Citigroup”, həmçinin, "BlackRock” investisiya şirkətinin analitikləri proqnoz verib.
Onlar ABŞ valyutasının orta dərəcədə ucuzlaşmasının səbəblərini qlobal iqtisadi artım tempi, investorların riskli aktivlərə olan marağı ilə əlaqələndirirlər.
Eyni zamanda, ABŞ Federal ehtiyyat sistemi kursu mövcud səviyyədə saxlamağa davam etmək və ya daha da aşağı salmaqla buna təsir edir.
Analitiklərin fikirlərinə əsaslanan konsensus qiymətləndirməsi, avronun gələn ilin sonuna hazırkı 1,1 dollara qarşı 1,16 dollar olacağını proqnozlaşdırır.
Eyni zamanda, "JPMorgan Chase” investisiya bankının işçiləri qeyd edirlər ki, 2020-ci ildə qlobal iqtisadiyyat ABŞ artımının yavaşlaması səbəbindən çətinliklərlə üzləşə bilər. Digər ölkələr ABŞ-ı dünya lideri olaraq əvəz edə bilməzlər.
Bununla yanaşı, bu təşkilatın analitikləri də dolların bir qədər zəifləməsini - gələn ilin sonuna qədər avroya nisbətində 1,14-ə qədər azalacağını proqnozlaşdırırlar.
Gələcəkdə diqqət çəkəcək valyutalar sırasında Kanada və Yeni Zelandiya dolları ilə yanaşı, funt sterlinq də var.