28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pulsuz səhiyyə özünü doğrultmadı - RƏSMİ

19.12.2019

Səhiyyə müəssisələrinin Nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil.
Bu barədə Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib. 
Onun sözlərinə görə, pulsuz səhiyyənin özünü doğrultmadığı bəllidir:
"Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”. 
R.Əliyev bildirib ki, Nazirlik dövlətin səhiyyə siyasətini daima yürüdür və yürüdəcək. O vurğulayıb ki, tibb müəssisələri mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.