04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polkovnik vəfat etdi

19.12.2019

Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Valeh Rəcəbov vəfat edib.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov "Facebook" səhifəsində yazıb.
"Səhəri acı xəbərlə açmaq hamı üçün çox ağırdır. Bir qədər əvvəl Silahlı Qüvvələrimizin sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş, sonuncu xidmət yerləri Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə komandir müavini, MN-nin idarələrindən birində olmuş, hazırda isə ehtiyatda olan polkovnik, dəyərli dostumuz Valeh Rəcəbovun uzun sürən ağır xəstəlikdən sonra gözlərini həyata əbədi yumduğu xəbərini aldıq.
Valeh bəyi itirmək hər birimiz üçün çox ağırdır. Amma, bu həyatın amansız qaydasıdır və bizlər hələ ki acizik ki bu qaydanı pozaq.
Mən bu acı xəbəri Valeh Rəcəbovu yaxından tanıyan, onunla çiyin-çiyinə çalışmış dostlara, yoldaşlara çatdırmağı özümə borc bildim ki, biz dəyərli dostumuzu və qardaşımızı bu gün Müdafiə Nazirliyinin hərbi qulluqçular üçün nəzərdə tutulmuş Qurd Qapısı qəbirstanlığına (2-ci Fəxri Xiyabanın yanı) son mənzilə yola salmaq üçün toparlanaq.
Mərhumun cənazəsi saat 12-də Bakıxanov qəsəbəsində Sabunçu Rayon İcra hakimiyyətinin binasının arxasındakı həyətdən götürüləcək", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, V.Rəcəbov Azərbaycan Ordusu sıralarında müxtəlif vəzifələrdə xidmət keçib.
Allah rəhmət eləsin!