04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2019-da bu məşhurları itirdik - Siyahı

19.12.2019

2019-cu il bir sıra yeniliklərlə yanaşı, həm də bəzi tanınmışların ölümü ilə də yadda qaldı.
Kult.az bu il cəmiyyət arasında uzun müddət müzakirə edilən itkilərin siyahısını təqdim edir:
Martın 23-də serrozdan əziyyət çəkən tanınmış meyxanaçı Aydın Xırdalanlı vəfat etdi.
Bu ilin 9 mayında isə görkəmli bəstəkar, xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət”, "İstiqlal”, "Heydər Əliyev” ordenli Arif Məlikov 86 yaşında dünyadan köçdü.
İyunun 24-də Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 95 yaşında dünyasını dəyişdi.
Gənc yazıçı Mahmud Atakişiyev (İkinci Mahmud) iyulun 6-da 33 yaşında gözlənilmədən ürək tutmasından vəfat etdi.
Sözsüz ki, 2019-cu ilin aylarla müzakirə oluan itkilərindən biri də iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad oldu. Onun nəşi 57 günlük axtarışlardan sonra tapıldı.
Sentyabrın 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyub vəfat etdi.
Oktyabrın 13-də Azərbaycanın əməkdar elm xadimi, "Şöhrət” və "Şərəf” ordenli akademik Vasim Məmmədəliyev dünyasını dəyişdi.
İlin ən çox müzakirə edilən sonuncu itkisi isə Milli Məclisin V çağırış deputatı Yevda Abramov oldu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Quba yəhudisi olan Yevda Abramov dekabrın 6-da müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında 71 yaşında dünyasını dəyişdi.