11 07 2020-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
10/07/2020
09/07/2020
08/07/2020
07/07/2020

Fermerlərə şad XƏBƏR

19.12.2019

Nazirlər Kabineti Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarla bağlı izahında bildirilir ki, beynəlxlaq təcrübə də nəzərə alınıb.
Eyni zamanda, ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur.
Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq? NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar.
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və riskin 50%-ni öz üzərinə götürəcək.
Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq.
Həmçinin fermerlərin himayəsini gücləndirəcək. İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək, məşğulluğa müsbət təsir edəcək. Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq.
Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək. Ərzaq təhlükəsizliyinə töhfə verəcək. Sığorta bazarını gücləndirəcək.
Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb.
2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.