Yük maşını aşdı - Ağsuda 
    
                          
     
                         19.12.2019
 
    
                        Muğanlı-İsmayıllı yolunda yol-nəqliyyat hadisəsi baş verib. 
Yolun Ağsu rayonundan keçən hissəsində  01-AB-295 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinin əyləc sistemində nasazlıq yarandığı üçün sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. 
Nəticədə İsmayıllı sakini, 1992-ci il təvəllüdlü Məmmədov Mustafa Cavanşir oğlu və Mingəçevir sakini, 1987-ci il təvəllüdlü İbrahimov Ramil Eldar oğlu xəsarət alıb. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Faktla bağlı araşdırma aparılır.