04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaxarova: “Sözsüz ki, bunu dəstəkləyəcəyik”

18.12.2019

"Əsirlərin dəyişdirilməsi məsələsi hər zaman danışıqların gündəmindədir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "Azərbaycanla Ermənistan arasında əsirlərin "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi məsələsində hansı problem var" sualına cavabında deyib.
Rusiya XİN rəsmisi bildirib ki, əsirlərin dəyişdirilməsi mövzusu bu ilin aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub: "Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri bu görüşdə iştirak ediblər. Görüş zamanı tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılığa gəlib. Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bu ilin iyun ayında Azərbaycan və Ermənistan vətəndaşları vətənlərinə dönüb. Biz olduqca vacib olan bu aksiyanı alqışlayırıq və buna həbsdə saxlanılan şəxslərin dəyişdirilməsi istiqamətində ilk adım kimi baxırıq".    
Rusiya XİN rəsmisinin sözlərinə görə, digər həbsdə saxlanılanlarla bağlı da iş gedir: "Əgər bu barədə razılıq əldə olunsa, biz sözsüz ki, bunu dəstəkləyəcəyik".