"Valensiya" futbolçusuna  150 milyon avro qiymət qoydu 
    
                          
     
                         18.12.2019
 
    
                        "Valensiya" yarımmüdafiəçisi Karlos Solerlə müqavilə yeniləyib.
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı ispaniyalı futbolçu klubu ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, Soleri heyətində görmək istəyən klub "Valensiya"ya 150 milyon avro təzminat ödəməlidir.
İspaniyanın U-19 və U-21 yığmalarında oynamış Soler "Valensiya"nın öz yetirməsidir.