28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rapino: Mənim üçün Tramp prezident deyil

17.12.2019

2019-cu ildə "Qızıl top” mükafatının sahibi Meqan Rapino Donald Trampı ABŞ Prezidenti kimi tanımaqdan imtina edib.
BBC xəbər verir ki, futbolçu Trampın onunla münaqişəyə girməsini növbəti dəfə tənqid edib.
"Əslində, həqiqi prezidentlər öz ölkəsinin milli komandasının hazırkı oyunçuları ilə ictimai münaqişəyə girmirlər və həlledici qarşılaşma öncəsi təzyiq göstərmirlər. Mənim üçün Tramp prezident deyil”, - Rapino bildirib.
Xatırladaq ki, ABŞ-ın futbol üzrə qadınlardan ibarət milli komandası 2019-cu ildə dünya çempionu olub.