28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabahın havası: yağmursuz olacaq

17.12.2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.