27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları unutmayaq - Şirməmməd Hüseynov

17.12.2019

Bu gün Şirməmməd müəllimimizin doğum günüdür. Bu böyük şəxsiyyət haqqında çox sözlər deyilib, yazılar yazılıb, araşdırmalar aparılıb. Biz isə "DM" olaraq sadəcə onun haqqında sadəcə Vikipediyada haqqında olan qısa məlumatları olduğu kimi dərc etməklə böyük müəllimimizi yad etmək qərarına gəldik. Şirməmməd müəllim, Allah sizə rəhmət eləsin, qəbriniz daim nur içində olsun!

Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru.
Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur.

Mükafatları
1948 — "Nizami təqaüdü"
1966 — 1972: "Qızıl qələm" mükafatı
1988 — "Əməkdar jurnalist" fəxri adı
1991 — Zərdabi adına mükafat
1992 — Y.Məmmədəliyev adına mükafat
1998 — M.Ə.Rəsulzadə adına mükafat
2014 — "Şərəf" ordeni
Kitabları
Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild). Bakı, 1992-2018
Azərbaycan legionerləri. Bakı, 2003
Milli haqq və ədalət axtarışında. Bakı, 2004
Mənəvi irsimiz və gerçəklik. Bakı, 2004

24 iyun 2019-cu ildə Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub. 

Şirməmməd Hüseynovun böyük qızı Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Kiçik qızı Lalə Hüseynova Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.